×
A
A
A
Sazlamalar

Bəzi küçələrdə rənglənmə işləri aparılacaq

Bakı, 8 may, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Məhəmməd Füzuli və Şəmsi Bədəlbəyli küçələrində mayın 8-də saat 22:00-dan mayın 9-u səhər saatlarına kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sücülərdən həmin müddət ərzində sözügedən küçələrdə müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2019-05-08 17:07:00