Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Nobel prospektində üfüqi nişanlanma xətləri rənglənir

Bakı, 8 may, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Nobel prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, anoloji işlər Rəşid Behbudov küçəsində saat 22:00-dan mayın 9-u səhər saatlarına kimi aparılacaq.
Gecə saatlarında, həmçinin Kövsər Səfərəliyeva və Nizami küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədilə xətlənmə işləri aparılacaq. Bununla əlaqədar olaraq, sözügedən kəsişmədə qeyd olunan vaxt müddətində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən prospekt və küçələrdə müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş edilir.

Tikinti̇ 2019-05-08 12:24:00