×
A
A
A
Sazlamalar

Şəkidə turizm sektorunun nümayəndələri miqrasiya sahəsində məlumatlandırılıblar

Bakı, 7 may, AZƏRTAC

Yay turizm mövsümünün başlaması ərəfəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) Şəki regional miqrasiya idarəsi tərəfindən maarifləndirmə tədbiri keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Şəki regional miqrasiya idarəsinin xidməti ərazisində yerləşən mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazasının rəhbərləri iştirak ediblər.
Maarifləndirmə tədbirində miqrasiya qanunvericiliyi, əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınma qaydaları, Azərbaycan Respublikasında əmək fəaliyyəti, işə cəlb olunma qaydaları, həmçinin “MİGAZ” mobil tətbiqinin istifadəsi və tətbiqindəki yeniliklər barədə məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sosial 2019-05-07 20:11:00