×
A
A
A
Sazlamalar

Dövlət Miqrasiya Xidmətinin yeni animasiya videoçarxı ictimaiyyətə təqdim olunub

Bakı, 7 may, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətində (DMX) uğurla yekunlaşmış “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi çərçivəsində məlumat xarakterli yeni videoçarx ictimaiyyətə təqdim olunub.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında təhlükəsiz, nizamlı və müntəzəm miqrasiyanın təşviqi, eləcə də miqrasiya məsələləri ilə bağlı xidmətlər üzrə məlumatlandırma məqsədi daşıyan videoçarx ingilis dilində hazırlanıb. Burada Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza tələbləri, miqrasiya qanunvericiliyinin əsas istiqamətləri, müraciət imkanları, o cümlədən DMX-nin mobil tətbiqi “MİGAZ” barədə məlumatlar əksini tapıb.
Xatırladaq ki, Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə Avropa İttifaqı, ABŞ Dövlət Departamenti, BP və onun tərəfdaşlarının maliyyələşdirdiyi “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsinə ötən il yekun vurulub.
Videoçarxa aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://youtu.be/QYRkaY8zTFA

 

Sosial 2019-05-07 19:40:00