×
A
A
A
Sazlamalar

Ulu öndər Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Nizami Kino Mərkəzində Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilib. Bu barədə AZƏRTAC-a icra hakimiyyətindən məlumat verilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, ulu öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdi. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət edib. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas edib. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olub. Ömrünü xalqımızın, dövlətimizin tərəqqisinə həsr edən Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli maraqları və xalqın mənafeyini hər şeydən uca tutduğu, müstəqilliyimizin və dövlətçiliyimizin, demokratiyanın gücləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün yorulmadan, fədakarlıqla çalışdığı qeyd edilib.
Sonra unudulmaz lider Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın həyat yolundan bəhs edən “Əsl məhəbbət haqqında” filmi nümayiş etdirilib.

Daxili siyasət 2019-05-07 18:43:00