×
A
A
A
Sazlamalar

Samir Nuriyev: İndiyədək tikintisinə icazə və dövlət ekspertizası tələb edilən 19 layihəyə icazə sənədi verilib

Bakı, 7 may, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, tikintisinə icazə tələb edilən, lakin dövlət ekspertizası tələb olunmayan obyektlər üçün xüsusi rejim tələb edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib. Onun sözlərinə görə, bu rejim “bir pəncərə” prinsipi əsasında qurulub və tam elektronlaşdırılıb.
Komitə sədri deyib ki, həmin sistem fevralın 21-dən tam istifadəyə verilib. “ASAN xidmət”lə birgə hazırlanan sistemdə bütün dövlət orqanları ilə inteqrasiya məsələsi həyata keçirilib. Bu günədək 20-dən çox müraciət daxil olub ki, onun da 19-u icazə sənədini alıb.
O qeyd edib ki, ekspertizası tələb olunan, eyni zamanda, iş adamları tərəfindən müraciətlər daim çoxalır: “Sevindirici haldır ki, daxil olan layihələr daha çox şəhərsalma və tikinti normalarına uyğun tərtib edilir. Bu, 180-dən çox tikintisinə icazə və dövlət ekspertizası tələb edilən layihəyə tətbiq olunub. Onların yarıdan çoxu isə Bakı şəhərinə aiddir”.

Tikinti̇ 2019-05-07 17:48:00