×
A
A
A
Sazlamalar

AQTA-nın sədri taxıl istehsalı, idxalı və ixracı ilə məşğul olan sahibkarlarla görüşüb

Bakı, 7 may, AZƏRTAC 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) taxıl istehsalı, idxalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, tədbirdə çıxış edən agentliyin sədri Qoşqar Təhməzli sahibkarlarla sıx əməkdaşlıq çərçivəsində əlaqələrin daha da genişləndirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb.
Bildirilib ki, son illərdə taxılçılığın inkişafına dövlət dəstəyinin artırılması, iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə yanaşı, taxıl məhsulunun istehsalı zamanı təhlükəsizlik tələblərinin yerinə yetirilməsi də əsas hədəf kimi qarşıya qoyulub.
Tədbirdə taxıl məhsulunun idxal zamanı texniki şərtlərə uyğun şəkildə daşınması, eyni zamanda, məhsulun təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara cavab verməsinin zəruriliyi diqqətə çatdırılıb.
Görüşdə taxıl bitkisinə qoyulan idxal tələbləri, fitosanitar tədbirlər, taxıl istehsalı zamanı əməl edilməli olan tələblər müzakirə olunub. Həmin sahənin daha da inkişaf etdirilməsi istiqamətində sahibkarların təklifləri dinlənilib.
Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Sosial 2019-05-07 17:35:00