×
A
A
A
Sazlamalar

Mingəçevir “ASAN Həyat” kompleksində konsert təşkil olunacaq

Bakı, 7 may, AZƏRTAC 

Mayın 9-da Mingəçevir “ASAN Həyat” kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə konsert proqramı təşkil olunacaq. “ASAN xidmət”, Mingəçevir Şəhər İcra Hakimiyyəti və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə gerçəkləşəcək konsert sakinlərə əsl bayram əhval-ruhiyyəsi yaşadacaq.
Konsert proqramında Xalq artisti Brilliant Dadaşova səhnədə bir–birindən möhtəşəm mahnılarını ifa edəcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, “ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konsepsiyanın istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına yönələn müxtəlif həlləri əhatə edir.

Sosial 2019-05-07 17:17:00