×
A
A
A
Sazlamalar

Bakı–Şamaxı–Yevlax–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisinə 2 milyon manat ayrılıb

Bakı, 7 may, AZƏRTAC

Bakı–Şamaxı–Yevlax–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisinə 2 milyon manat ayrılıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Qobustan rayonunun Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı–Şamaxı–Yevlax–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Tikinti̇ 2019-05-07 15:35:00