Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bu yollarda rənglənmə işləri aparılır

Bakı, 7 may, AZƏRTAC

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı şəhəri, Nobel prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, analoji işlər Üzeyir Hacıbəyli və Zərifə Əliyeva küçələrində saat 22:00-dan mayın 8-i səhər saatlarına kimi aparılacaq.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən prospekt və küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş edilir.

Tikinti̇ 2019-05-07 12:33:00