×
A
A
A
Sazlamalar

Biləcəri dairəsi və dairəyə birləşən yollarda yenidənqurma işləri aparılıb

Bakı, 6 may, AZƏRTAC
Paytaxtın Binəqədi rayonunun Binəqədi şosesi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksini birləşdirən və 6 kilometrlik avtomobil yolunun yenidən qurulması layihəsinə uyğun olaraq, Biləcəri dairəsində və dairəyə birləşən yollarda sıxlığın azaldılması istiqamətində Bakı Nəqliyyat Agentliyinin sifarişi ilə hərəkətin təşkilində müəyyən dəyişikliklər edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, mövcud dairə genişləndirilib, yeni təhlükəsizlik adacıqları yaradılıb, səki və təhlükəsizlik adacıqlarına 6 min kvadratmetrədək bəzək daşları düzülüb. Həmçinin yeni üfüqi nişanlanma xətləri çəkilərək, 20 min kvadratmetrədək sahədə yeni yol infrastrukturu yaradılıb.

Tikinti̇ 2019-05-06 17:25:00