×
A
A
A
Sazlamalar

Vətəndaşlar “ASAN xidmət”də növbə gözləmədən xidmət ala biləcəklər

Bakı, 6 may, AZƏRTAC
Bu gündən istifadəyə verilən “ASAN xidmət” mobil tətbiqi vətəndaşların işini daha da asanlaşdırmağa hesablanıb. Bu tətbiqi “Android” əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən yükləyən vətəndaş özünə şəxsi kabinet yaradır, yararlanmaq istədiyi xidmətə uyğun olaraq “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindən birini seçir, zəruri sənədlərlə tanış olur və növbə götürür.
AZƏRTAC xəbər verir ki, bu zaman vətəndaşa öncə müvafiq xidmət üzrə növbənin ən az olduğu mərkəzlər təqdim edilir. Son qərar isə vətəndaşındır. Ya növbənin daha az olduğu mərkəzi seçir, ya da ona ən yaxın olan mərkəzi. Beləliklə, vətəndaş, növbəsiz, vaxt itkisi olmadan, “ASAN xidmət”in imkanlarından sistemin təqdim etdiyi vaxtda yararlana bilir.
Daha ətraflı bu linkdə tanış olmaq olar: https://www.youtube.com/watch?v=uyR5a_HspH0

Sosial 2019-05-06 16:06:00