×
A
A
A
Sazlamalar

Sahibkarlıq bacarıqları və qadın sahibkarlığına dair müzakirələr aparılıb

Bakı, 6 may, AZƏRTAC
Avropa İttifaqının Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində aprelin 30-dan mayın 2-dək Bakıda sahibkarlıq bacarıqları, sahibkarlığın tədrisi və qadın sahibkarlığı mövzularında dəyirmi masalar keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, sahibkarlıq bacarıqlarına dair KOBİA-da, sahibkarlığın tədrisi üzrə Təhsil Nazirliyində, qadın sahibkarlığı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində təşkil olunmuş dəyirmi masalarda ölkəmizdə sahibkarların ömür boyu öyrənmək imkanlarına, bu sahədə innovativ tədris və təlim metodlarının tətbiqinə, peşə təhsili sistemində sahibkar düşüncə tərzinin təşviqinə, qadın sahibkarlığının inkişafı mexanizmlərinə dair müzakirələr aparılıb.
Aparılmış müzakirələrin nəticələri Avropa Komissiyasının "Kiçik Biznes Aktı" üzrə həyata keçiriləcək qiymətləndirilmə zamanı istifadə olunacaq.
Dəyirmi masalarda dövlət və özəl qurumların nümayəndələri, Avropa Treninq Fondunun ekspertləri iştirak ediblər.

Biznes 2019-05-06 15:58:00