×
A
A
A
Sazlamalar

Paytaxtda tikinti materiallarının istehsalı 0,3 faiz artıb

Bakı, 3 may, AZƏRTAC 

Paytaxtda cari ilin yanvar-mart aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən məhsulun ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 0,3 faiz artaraq 95,9 milyon manat təşkil edib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, bu dövrdə hörmə üçün hazır beton qarışığının istehsalı 11,6 faiz, sementin istehsalı isə 9,5 faiz artıb.

Tikinti̇ 2019-05-03 14:42:00