×
A
A
A
Sazlamalar

® Bu yaz “Xiaomi” smartfonu əldə et, “Azercell”dən hədiyyə qazan!

Ölkənin bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən “Azercell” müştərilərinin istifadəsinə yazın ən sərfəli fürsəti olan yeni smartfon kampaniyasını təqdim edir. Abunəçiləri üçün ən son texnologiyaları dəstəkləyən smartfonları daha da əlçatan etmək məqsədilə yalnız iyun ayının 20-dək “Azercell”dən “Xiaomi” smartfonu alan hər müştəriyə xüsusi hədiyyələr təqdim edilir. Belə ki, “Xiaomi” smartfonu əldə edən bütün “Azercell” fakturasız xətt abunəçilərinə ödənilən məbləğin 150 manatadək dəyəri keşbək olaraq 6 ay ərzində hissə-hissə nömrənin balansına qaytarılır. “Azercell” fakturalı xətt abunəçilərinə isə “Xiaomi” smartfonu aldıqda, 6 ay ərzində aylıq 10GB həcmində mobil internet paketi nömrənin balansına hədiyyə olunur. 

Bu yazın ən sərfəli kampaniyası “Azercell”də!
“Azercell”dən ən son model “Xiaomi” smartfonunuz ilə bu yaz sevdiklərinizə bir zəng tək yaxın olmaq fürsətini qaçırmayın!
Əlavə məlumat üçün: https://www.azercell.com/az/personal/campaigns/monthly/xiaomi/ səhifəsinə daxil olun. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

İKT 2019-05-03 14:15:00