×
A
A
A
Sazlamalar

İsmayıl bəy Qutqaşınlı küçəsinin bir hissəsinin təmiri yekunlaşıb

Bakı, 2 may, AZƏRTAC 

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyatın sıxlığının azaldılması istiqamətində Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı küçəsinin bir hissəsində təmir işləri yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri küçənin 130 metrlik hissəsini əhatə edib. Bu çərçivədə zəruri yerlərdə yol əsasının deformasiyaya uğramış hissələri bərpa olunub və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib. Asfaltlanma işləri ümumilikdə 2 min kvadratmetrədək sahəni əhatə edib.
Bundan başqa, yenidənqurma işləri zamanı kommunikasiya xətlərinin baxış qapaqları dəyişdirilib, zəruri yerlərdə köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib.

Tikinti̇ 2019-05-02 10:47:00