×
A
A
A
Sazlamalar

“Real həyat -real incəsənət” adlı rəsm müsabiqəsi elan olunub

Bakı, 2 may, AZƏRTAC

Xətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində növbəti müsabiqə - “Real həyat -real incəsənət” adlı respublika yaradıcılıq rəsm müsabiqəsi elan olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. Realizm üslubunda işləyən rəssamlar arasında milli ruh və mövzulu yeni əsərlərin yaradılmasını stimullaşdırmaq və realizm üslubunun pərəstişkarı olan sənətsevərlərin maraqlarını təmin etmək, vətənpərvərlik hisslərini gücləndirmək məqsədilə təşkil olunur.
Müsabiqədə yaşından asılı olmayaraq hər rəssam bir əsərinin fotosu ilə bərabər ad və soyad, təvəllüd, əlaqə nömrəsi, əsərin adı, ölçüsü və texnikası barədə məlumatı noyabrın 15-dək Xətai Sənət Mərkəzinin “Whatsapp” +994 51 310 74 01 göndərməklə iştirak edə bilər.

İncəsənət 2019-05-02 10:24:00