×
A
A
A
Sazlamalar

Bu yollarda xətləmə işləri aparılır

Bakı, 1 may, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Heydər Əliyev prospektinin Qara Qarayev prospekti və Bəşir Bünyadov küçələri ilə kəsişməsində mayın 1-i axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, analoji işlər axşam saat 22:00-dan səhər saatlarına kimi isə Heydər Əliyev prospektinin hər iki istiqamət üzrə köməkçi yollarında da aparılacaq.
Sürücülərdən göstərilən saatlarda sözügedən ərazidə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2019-05-01 13:27:00