×
A
A
A
Sazlamalar

Orxan Məmmədov: Kiçik və Orta Biznes Evi ilin sonunadək istifadəyə veriləcək

Bakı, 1 may, AZƏRTAC
Kiçik və Orta Biznes Evi (KOB evi) bu ilin sonunadək Bakının Nərimanov rayonu ərazisində açılacaq.
AZƏRTAC xəbər ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov bildirib.
O qeyd edib ki, biznes evində 30 dövlət qurumunun 110-dan çox xidməti təqdim ediləcək. Belə ki, sertifikatlar və lisenziyaların verilməsi bir məkanda təşkil ediləcək.

İqtisadiyyat 2019-05-01 13:24:00