Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Nazir müavini: Birinci rübdə sənaye parklarına 540 milyon manat investisiya yatırılıb

Bakı, 1 may, AZƏRTAC

Cari ilin birinci rübündə ölkədə fəaliyyət göstərən sənaye parklarına 540 milyon manat investisiya yatırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov mayın 1-də Kiçik və Orta Biznes Evi layihəsinin təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.
O qeyd edib ki, indiyədək sənaye parklarına 60 rezident tərəfindən yatırılan investisiyanın həcmi 3 milyard dollar təşkil edir.

Sənaye 2019-05-01 12:06:00