×
A
A
A
Sazlamalar

Gənc və həvəskar rəssamların inkişafı üçün növbəti rəsm sərgisi açılıb

Bakı, 30 aprel, AZƏRTAC

Aprelin 30-da “Arts Council Azerbaijan” təşkilatının dəstəyi ilə “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün növbəti rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, “Art Tower” rəsm qalereyasında təşkil edilən sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşıb.
Sərginin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Kuratoru Türkan Cəfərzadə olan sərgi mayın 18-dək ziyarətçilər üçün açıq qalacaq.

İncəsənət 2019-04-30 20:33:00