×
A
A
A
Sazlamalar

Bu yolda xətlənmə işləri aparılacaq

Bakı, 30 aprel, AZƏRTAC
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı şəhərinin Heydər Əliyev prospekti, Böyükşor yol qovşağından Yusif Səfərov küçəsinin kəsişməsinə qədər olan hissədə üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, işlər saat 22:00-dan başlayaraq mayın 1-i səhər saatlarınadək davam edəcək.
Sürücülərdən sözügedən yolda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2019-04-30 17:23:00