“Ən yaxşı xarici film nominasiyası”na verilən Oskar mükafatının adı dəyişdirilib
Bakı, 26 aprel, AZƏRTAC
Hollivud Akademiyası elan edib ki, “Ən yaxşı xarici film nominasiyası” adını dəyişərək “Ən yaxşı beynəlxalq film” mükafatı adını daşıyacaq.
AZƏRTAC xəbər verir ki, hər il təqdimatlar keçirən təşkilatın qərarına görə, indiyədək doqquz filmdən təşkil olunan yarımfinalçıların sırasına biri də əlavə olunaraq on tammetrajlı film bu nominasiya uğrunda mübarizə aparacaq.
“Biz fikir verdik ki, “xarici” sözü beynəlxalq kino sferasında dəbdən düşüb. İnanırıq ki, beynəlxalq kino ifadəsi bu kateqoriyanı daha yaxşı təqdim edir”, - deyə Akademiyanın beynəlxalq kino komitəsinin həmsədrləri Lerri Karazuyski və Dayan Veyerman bildirib.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir