×
A
A
A
Sazlamalar

Culfa rayonunda Rabitə Evi yenidən qurulur

Culfa, 26 aprel, AZƏRTAC

Cari ilin mart ayının əvvəlindən Culfa rayonunda Rabitə Evinin yenidən qurulmasına başlanılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, binanın dam örtüyü vurulub, zirzəmi hissəsinin ətrafında və özüldə bərkitmə tədbirləri görülüb. Hazırda binanın fasadında və daxilində suvaqçəkmə, pəncərələrin quraşdırılması, otaqların arakəsməsinin hörgü işləri aparılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin iş icraçısı Babalı Hüseynov bildirib ki, binada mühafizə, bağlama və çeşidləmə, qəzet və jurnal yayımı, “Naxtel”in müştərilərinə xidmət, xidmət zalı, arxiv və ATS otaqlar olacaq.
Obyektdə, əsasən, yerli tikinti materiallarından istifadə edilir. İnşaatçılar Rabitə Evini nəzərdə tutulan vaxtda istifadəyə vermək üçün səylə çalışırlar.

Regionlar 2019-04-26 16:28:00