×
A
A
A
Sazlamalar

Mərkəzi Bank 150 milyon manat cəlb edir

Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 29-da Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AZƏRTAC banka istinadla xəbər verir ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,76-8,74 faiz təşkil edir.

Maliyyə 2019-04-26 16:24:00