×
A
A
A
Sazlamalar

Ucarda indiyədək 58591 nəfər kütləvi tibbi müayinədən yararlanıb

Ucar, 26 aprel, AZƏRTAC

Ucar rayonunda əhalinin kütləvi tibbi müayinəsi davam edir və artıq 58591 nəfər bu humanist aksiyadan yararlanıb.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən aksiya əhali tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanıb. Rayon üzrə 62751 nəfərin bu humanist aksiyadan yararlanması nəzərdə tutulur.
Fevralın 12-dən indiyədək müayinə olunanların 30105 nəfəri ambulator, 84 nəfəri stasionar müalicəyə cəlb edilib. 21 nəfərin üzərində cərrahiyyə əməliyyat aparılıb. 15 nəfər isə müayinə üçün ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Əhalinin tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında, Zərifə Əliyeva adına Qazıqumlaq və Bərgüşad kənd xəstəxanalarında aparılır. Ayrı-ayrı sahələr üzrə ixtisaslı həkimlərdən təşkil olunan 3 səyyar briqada səhiyyə ocaqlarına gəlmək imkanı olmayan ahıl və xəstə insanlara evlərində xidmət göstərir.

Regionlar 2019-04-26 16:22:00