×
A
A
A
Sazlamalar

Almaniya universitetinin nümayəndələri AzTU-nun tələbələrinə seminar keçiblər

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) nümayəndələri tələbələrə seminar keçiblər.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, seminarı açıq elan edən beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov Azərbaycan və Almaniya arasında dostluq və əməkdaşlıq əlaqələrindən söz açıb.
Daha sonra prorektor iki universitet arasındakı sıx əlaqələrdən danışıb və tələbələrə seminarda fəal iştirak etməyi tövsiyə edib.
Seminarda BTU-nun kafedra müdiri, professor Erhard Steinin “Maşınqayırma sahəsində yerinə yetirilən layihələr” və BTU-nun əməkdaşı Robert Şneiderin “Akustik kameraların layihələrdə tətbiqi” mövzularında məruzələri dinlənilib.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb və tələbələrin sualları almaniyalı qonaqlar tərəfindən cavablandırılıb.

Elm və təhsil 2019-04-26 16:02:00