×
A
A
A
Sazlamalar

Bakıda VI illik Xəzər Texniki konfransı keçiriləcək

Bakı, 26 aprel, AZƏRTAC

Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyəti (SPE) oktyabrın 16-dan 18-dək Bakıda VI Xəzər Texniki konfransı keçirəcək. SOCAR-ın Xəzər regionunda aparıcı neft-qaz şirkətinin ev sahibliyi edəcəyi tədbir “Fairmont Baku” və “Flame Towers” məkanlarında keçiriləcək.
Konfransın media tərəfdaşı AZƏRTAC xəbər verir ki, “Rəqəmsal transformasiya: gələcək üçün imkanlar” mövzusuna həsr olunmuş konfransda Xəzər regionunda və bütün dünyada neft-qaz sahəsində baş verən dəyişikliklər regional və dünya miqyaslı sahəvi peşəkarlar tərəfindən təqdim olunan təcrübə ən yaxşı praktiki həllər baxımından müzakirə olunacaq.
Beynəlxalq və milli neft şirkətlərini, hökumətləri, tənzimləyiciləri, innovator və tələbələri təmsil edən neft-qaz sahəsi mütəxəssislərinin bir araya toplaşacağı Xəzər konfransı zəngin və çoxplanlı texniki proqram çərçivəsində diskussiya və müzakirələr aparmağa imkan verəcək. Konfransın nümayəndələri yeni peşəkar əlaqələr yaratmaq, yeni texnologiyalar və sahəvi ideyalarla tanışlıq, müzakirə və təcrübə mübadiləsi imkanı qazanacaqlar.
Konfransın proqramı yüksək səviyyəli üç panel sessiyasından ibarət olacaq: “Keçmiş, bu gün və gələcək”, “Davamlı inkişaf, artım və mənfəət” və “Yeni nəslin istedadı və insan amilləri”, habelə rezervuarların təsviri və dinamikası, avadanlıq, mühəndislik və layihələr, sağlamlıq, təhlükəsizlik, ətraf mühit və sosial məsuliyyət, istehsal və əməliyyatlar, idarəetmə və informasiya mövzularını əhatə edən bir neçə texniki-tədqiqat sessiyası.
Tədbir Xəzər regionundakı neft-qaz sahəsinin bir sıra aparıcı aktorları, o cümlədən “TOTAL”, “Tengizchevroil”, “Schlumberger”, “Halliburton”, “Baker Hughes” və “GE company” tərəfindən dəstəklənir.
Amerika Neft Geoloqları Assosiasiyası, (AAPG), Azərbaycan Neftçi Geoloqlar Cəmiyyəti (ANGC), Azərbaycan EAGE, Geofizik və Kəşfiyyatçılar Cəmiyyəti (SEG) və Azərbaycan Milli Geofizika Komitəsi (AMGK) tərəfindən dəstəklənən SPE digər neft-qaz assosiasiyaları ilə əməkdaşlıq siyasətini davam etdirir.
SPE-nin VI Xəzər Texniki konfransı barədə əlavə məlumat üçün bu istinada müraciət edə bilərsiniz: http://go.spe.org/_ctc2019.
Qeyri-kommersiya peşə assosiasiyası olan Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) üzvləri enerji resurslarının hasilatı və işlənməsi ilə məşğuldur. SPE dünyanın 154 ölkəsində 156.000-dən çox üzvə öz xidmətlərini təqdim edir. Cəmiyyətin www.spe.org saytında neft-qaz hasilatı və işlənməsi ilə bağlı texniki biliklərin əsas mənbəyi olan nəşrlər, kompleks xidmətlər, tədris kursları ilə bağlı tədbirlər barədə məlumat yerləşdirilir.
Media kontaktlar [email protected]; [email protected].

Neft - qaz 2019-04-26 15:45:00