×
A
A
A
Sazlamalar

Berlində rusiyalı heykəltəraşın sərgisi açılıb

Bakı, 26 aprel, AZƏRTAC

Almaniyada “Rus mövsümü” günləri çərçivəsində rusiyalı heykəltəraşı Vadim Siduranın (1924-1986) sərgisi açılıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, “Sülh və müharibə” adlı sərgi Moskva Mədəniyyət Departamentinin və Rusiyanın “Rossotrudniçestvo” federal agentliyinin təşkilatçılığı ilə reallaşıb. Ekspozisiyada V.Siduranın 40 əsəri yer alıb.
Əsərlər müharibənin təcavüz və dəhşətləri, qlobal ekoloji təhlükə, iztirabla dolu dünyada sülh və harmoniyada yaşamaq kimi aktual mövzularını əhatə edir.

Mədəniyyət 2019-04-26 15:43:00