×
A
A
A
Sazlamalar

Səni əsərlərin yaşadacaq...

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialı Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Xalq yazıçısı Qılman İlkinin 105 illiyinə həsr olunmuş “Səni əsərlərin yaşadacaq” adlı tədbir keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə yazıçının keçdiyi ömür yolu və yaradıcılıq axtarışları barədə ətraflı məlumat verilib.
Vurğulanıb ki, Qılman İlkin ədəbiyyat tarixində özünəməxsus mövqeyə malik sənətkarlardan biri kimi uzun illər ərzində çoxcəhətli, səmərəli fəaliyyət göstərib. Zəngin Azərbaycan nəsrinin realist ənənələri zəminində yaratdığı qiymətli əsərləri ilə milli mədəniyyətin inkişafına töhfələr verib.
Sonra Xalq yazıçısına həsr olunmuş “Səni əsərlərin yaşadacaq” adlı sərgiyə baxış keçirilib.

Mədəniyyət 2019-04-26 15:37:00