×
A
A
A
Sazlamalar

Akademik Zərifə Əliyevanın elmi-pedaqoji fəaliyyəti Azərbaycanda oftalmologiyanın inkişafına güclü təsir göstərib

Ağcabədi, 26 aprel, AZƏRTAC

Akademik Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatında keçirilən tədbirdə səsləndirilib. Rayon ictimaiyyətinin nümayəndələrinin və səhiyyə işçilərinin iştirak etdiyi tədbirdə ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib.
Tədbirdə çıxış edənlər görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan, pedaqoji və həkimlik fəaliyyətindən, tibb elminə verdiyi dəyərli töhfələrdən, yüksək insani keyfiyyətlərindən danışıblar. Bildirilib ki, Zərifə xanım Əliyeva peşəkar həkim olmaqla yanaşı, həm də ictimai xadim, millətinə, vətəninə, peşəsinə, ailəsinə bağlı bir ziyalı, xeyirxah əməllər sahibi kimi yaddaşlara həkk olunub.

Regionlar 2019-04-26 14:46:00