×
A
A
A
Sazlamalar

Kino - sehrli aləm

Bakı, 26 aprel, AZƏRTAC

Təsvirin hərəkətdə göstərməyin mümkünlüyü hər zaman insanı valeh edib. XVI və XVII əsrlərdə, fotoqrafiyanın kəşfindən öncə möcüzəli linzaları olan kameralarla təsvirin proyeksiyasına nail olublar. Ancaq kinonun sonrakı ixtirası məhz XVIII əsrdən başlayır. 1839-cu ildə fransalı J.M Dageğ gümüş lövhə üzərində təsviri əks etdirməyə nail olub. O, bu kəşfini “dagerrotip” adlandırıb. Paralel olaraq Con Vilyam Herşel “fotoqrafiya” adlandırdığı hərəkətsiz təsvirləri xüsusi materialın üzərinə köçürə bilib. Bununla yanaşı Maykl Faraday, Cozef Antoin Platou, Simo Stampfer və Vilyam Corc Horner içərisində təsvir olan silindr formasında disklər kəşf ediblər ki, onları fırlatdıqca həmin təsvirlər canlanır. Ancaq kino anlayışına təkan verənlər XVIII əsrin son onilliyində Edvard Muybridc və Emil Renu olub. İngiltərəli E.Muybridc 20 yaşında ABŞ-da yaşadığı dövrdə kitab satır, hətta paltaryuyan maşın kəşf etsə də, sonradan fotoqrafiya sahəsində çalışmağa başlayır. 1879-cu ildə onun ağlına aparatla çəkdiyi şəkillərin rənglənməsi ideyası gəlir. Beləliklə o, təsvirləri fırladır, onlar isə öz növbəsində sanki hərəkət edirdilər.
Diksonun sayəsində “kinetoskop” aparatı icad olunur. Bu gözlüklə təchiz olunmuş, özündə 14 metr kinolenti olan bir qurğu idi. Burada saniyədə 40 təsvirin hərəkət etdiyini müşahidə etmək olardı. “Kinetoskop”da 20 saniyəlik film izləmək mümkün idi. Bu ixtiranın ilk salonu 14 aprel 1894-cü ildə Nyu-Yorkda açıldı. Orada hərəsi bir film göstərən on qurğu mövcud idi. Filmlər boks döyüşü, rəqs edənlərin səhnəsi və bir pəhləvanın məşq edən zaman çəkildiyi görüntüsünü verirdi. Uğur çox vacib idi. Bir neçə ayda bütün Şimali Amerika və Avropanın müəyyən hissəsinə minə yaxın aparat satılmışdı. Ancaq daha maraqlısı tamaşaçılar önündə filmin ekranda proyeksiya olunması idi. Bu sahədə avropalılar üstünlüyü ələ keçirirlər. Edison Amerikada heç kimin onun ixtirasının surətini çıxara bilməməsinə əmin olsa da, Avropada öz ixtirasını patentləşdirməyi unudur. Bu da iki fransız qardaşları Ogüst və Lui Lümieğin “kinetoskop”u təkmilləşdirməsinə imkan verdi. Onlar 1895-ci il fevralın 13-də böyük ekranda film nümayiş etdirmək imkanına malik olan inqilabi kameralarını patentləşdirirlər. Həmin ilin martın 22-sində öz qısametrajlı filmini ekranlarda canlandırırlar.
Fotoqrafiya dünyasında irəliləyişlər sayəsində XIX əsrin sonlarında çoxları üçün yuxu kimi görünənlər reallığa çevrildi. Bu, təsviri tutmaq və ona həyat verərək hərəkət etdirməyin mümkün olması idi. Kino əvvəlcə insanlara möcüzə göstərmək üçün yaranıb. Heç kim bunun inkişaf etməsinə inanmasa da bugünkü dövrümüzə qədər təkmilləşərək insanları öz cazibəsində saxlaya bilib.
Yeri gəlmişkən qeyd edək ki, Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.
Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.

Mədəniyyət 2019-04-26 14:42:00