×
A
A
A
Sazlamalar

“Ferrari” komandası Bakıda “Mercedes”in qələbələr seriyasında fasilə yaratmağa çalışacaq

Bakı, 26 aprel, AZƏRTAC

Formula 1 avtoyürüşləri üzrə dünya çempionatının dördüncü mərhələsi, yəni 2019-cu il Azərbaycan Qran-Prisi cümə günü start götürür. Yürüşlərin ilk günündə Bakıdakı şəhər trasında iki sərbəst praktika keçiriləcək.
İlk üç yürüşdə “Mercedes” komandası üstünlüyü əldə saxlayıb. Britaniyalı Lyuis Hemilton və finlandiyalı Valtteri Bottas öz komandalarına üç qələbə dublu gətiriblər. Komanda yoldaşından bir qələbə irəlidə olan Hemilton Bakıya lider kimi gəlib. Almaniya konserninin əsas rəqibi olan “Ferrari” mövsümqabağı testlərdə bu komandanın nümayiş etdirdiyi yüksək sürəti hələlik təsdiqləyə bilmir. “Ferrari”nin lideri alman Sebastyan Fettel də yaxşı formada deyil: o, gənc komanda yoldaşı monakolu Şarl Leklerdən cəmi bir xal irəlidədir.
Daniil Kvyatın “Toro Rosso”dan Formula 1-ə qayıtması hələlik yaxşı təsir bağışlamır. Rusiyalı yürüşçü bu mövsümdə ilk yürüşü pis keçirməyib, xal qazana bilib, lakin sonrakı iki yürüş, xüsusən Tailanddan olan komanda yoldaşı Aleksander Albonun fonunda solğun təsir bağışlayıb. O, hər iki yürüşü xal qazana biləcəyi zonada başa çatdırıb.
Formula 1-in Bakı mərhələsi çempionatın təqviminə üç il bundan əvvəl daxil edilib. Lakin o vaxt Bakı mərhələsi Avropa Qran-Prisi çərçivəsində keçirilirdi. 2017-ci il mövsümündən başlayaraq bu mərhələ Azərbaycan Qran-Prisi adlanır. Mərhələnin trası şəhər daxilindədir. Start xətti Xəzər dənizinin sahil boyunca keçir. Trek 20 döngədən ibarətdir (12 sol döngə və 8 sağ döngə), dövrənin uzunluğu 6 kilometrdir. Bu start xətti çempionatın təqvimində ən uzun xətdir (2,1 kilometr). Start xəttinin sonunda yürüşçülər sürəti saatda 340 kilometrdə çatdıra bilərlər. Bu trasın daha bir xüsusiyyəti ondan ibarətdir ki, 8 döngə 90 dərəcəlik bucaq altında yerləşir.

 

İdman 2019-04-26 14:26:00