×
A
A
A
Sazlamalar

Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının konserti olacaq

Bakı, 26 aprel, AZƏRTAC

Mayın 9-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Azərbaycan incəsənət ustalarının konserti keçiriləcək.
Saat 20.30-da başlayacaq konsert proqramında Əməkdar artist Natiq Şirinovun “Natiq” ritm qrupu, Xalq artistləri Manana Çaparidze, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Əməkdar artistlər Səbinə Babayeva, Abbas Bağırov, Sevda Ələkbərzadə, Röya Ayxan, Miri Yusif, tanınmış müğənnilər Xəyyam Nisanov, Günay İbrahimli, Zamiq Hüseynov, Sevda Yahyayeva, Azad Şabanov, Rauf Əhmədov və digərləri çıxış edəcəklər.
Konsertə giriş sərbəstdir.

Musiqi 2019-04-26 14:05:00