×
A
A
A
Sazlamalar

“Kitab ətri” layihəsi uşaqların kitaba olan marağını daha da artıracaq

Bakı, 26 aprel, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Kitab ətri” layihəsinin açılışı olub.
Gənclər Kitabxanasından AZƏRTAC-a bildirilib ki, tədbirdə layihənin məqsəd və məramından geniş söhbət açılıb.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək İctimai Birliyinin məqsədindən, fəaliyyət istiqamətlərindən, uşaqlara mənəvi və maddi dəstəyindən, onların dünyagörüşlərinin artmasında, formalaşmasındakı rolundan danışıblar.
“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək İctimai Birliyinin sədri, filologiya elmləri üzrə fəlsəfə doktoru Yeganə Mirzəyeva bildirib ki, layihəsinin əsas məqsədi uşaqlarda mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafına, kitaba marağın artırılmasına təkan verməkdən ibarətdir.
Tədbirdə uşaqlar ədəbi-bədi proqramla çıxış ediblər.
Sonda iştirakçılar “Kitab ətri” kitab sərgisi ilə tanış olublar.

Mədəniyyət 2019-04-26 13:48:00