Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gömrük Komitəsinin sədri aprelin 29-da Qazaxda vətəndaşları qəbul edəcək

Bakı, 26 aprel, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin Qazax rayonunda təxirə salınan qəbulu aprelin 29-na keçirilib.
Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, qəbul aprelin 29-da saat 11:00-da Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbul zamanı bölgədə yerləşən - Qazax, Tovuz və Ağstafa rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Qərb Ərazi Baş Gömrük İdarəsinin Tovuz gömrük postu (əlaqə telefonu: (022) 315-63-02) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Regionlar 2019-04-26 13:13:00