Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsi davam edir
Bakı, 26 aprel, AZƏRTAC
Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir. “Bizim müəllim” layihəsində bu dəfə Azərbaycan dili və ədəbiyyat müəllimi Aytac Ziyadxanlını tanıyacaqsınız.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Aytac Ziyadxanlı 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 59 bal toplayıb. 2018-2019-cu tədris ilində öz ixtisası üzrə respublikada ən yüksək nəticəni məhz o göstərib. Uşaqlıq arzusuna çatan Aytac Ziyadxanlı hazırda İsmayıllı rayonu R.Ocaqov adına Buynuz kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır