×
A
A
A
Sazlamalar

Bakıda rəssamların respublika satış-sərgisi açılacaq

Bakı, 26 aprel, AZƏRTAC

İyunun 17-dən iyulun 17-dək Bakı Ekspo Mərkəzində azərbaycanlı rəssamların əsərlərinin satış-sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, satış-sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq.
Sərgidə iştirak etmək istəyən rəssamlar iki sənət əsərinin fotosu, ölçüləri, icra texnikası və adını qeyd etməklə 077 -717- 33-37 nömrəsinin “Whatsapp” ünvanına mayın 10-dək göndərə bilərlər.

İncəsənət 2019-04-26 10:34:00