×
A
A
A
Sazlamalar

MDB ölkələrinin hüquq-mühafizə orqanlarının ekspertləri mayın sonunda Daşkənddə imzalanacaq sənədləri razılaşdırıblar

Daşkənd, 26 aprel, АZƏRTAC
Aprelin 25-də Daşkənddə Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin hüquq-mühafizə orqanlarının ekspertləri mayın sonunda Özbəkistanda keçiriləcək Daxili İşlər Nazirləri Şurasının iclasında imzalanacaq sənədlərin layihəsini müzakirə edib və razılaşdırıblar.
AZƏRTAC Özbəkistan Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistan nümayəndələrinin qatıldıqları müşavirədə Şuranın iclasına hazırlıq və digər mühüm məsələlər diqqət mərkəzində olub.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Siyasət 2019-04-26 01:41:00