Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Belçikadakı Erməni icmasının soyqırımların təkzib edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanuna düzəliş cəhdləri iflasa uğrayıb

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 25-də Belçika Federal Parlamenti Ruanda, Kamboca və keçmiş Yuqoslaviyada törədilmiş soyqırımların təkzib edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul edib.
AZƏRTAC xəbər verir ki, Belçikadakı erməni icmasının və onun təsiri altında olan parlamentarilərin güclü təzyiqlərinə baxmayaraq, qondarma “erməni soyqırımı”nın yeni qanunla əhatə olunmuş soyqırımların siyahısına daxil edilməsi səyləri iflasa uğrayıb. Belə ki, fransızdilli DéFİ (Demokrat, Federalist və Müstəqillər) və cdH (Xristian-Demokrat Mərkəzi) partiyaları tərəfindən bu xüsusda təqdim olunmuş düzəliş təklifi aprelin 24-də - qondarma “erməni soyqırımı”nın ildönümü kimi qeyd olunan gündə Belçika Federal Parlamentinin Ədliyyə Komissiyasında aparılmış müzakirələr nəticəsində rədd edilib.
Məsələyə münasibət bildirən Belçikanın ədliyyə naziri Kun Qens ölkə qanunvericiliyini Avropa İttifaqı və Avropa Şurasının hüquqi təlimatlarına uyğunlaşdırmaq məqsədilə yeni qanun layihəsinə yalnız beynəlxalq yurisdiksiya çərçivəsində barəsində yekun qərar qəbul edilmiş soyqırımların daxil edildiyini, “erməni soyqırımı” ilə bağlı isə belə bir qərarın olmadığını vurğulayıb.

Siyasət 2019-04-25 23:44:00