×
A
A
A
Sazlamalar

“AzerGold” QSC növbəti ağacəkmə aksiyası keçirib

Aprelin 25-də “AzerGold” QSC Beynəlxalq Yer Günü münasibətilə Daşkəsən rayonunda yerləşən Çovdar yatağında növbəti ağacəkmə aksiyası keçirib. Tədbir çərçivəsində 1 hektar ərazidə 300-dək qoz, fındıq, gavalı, alma, armud ağacları əkilib. Cəmiyyətin 100-dək əməkdaşının iştirakı ilə baş tutan ağacəkmə aksiyası ölkə ərazisində keçirilən genişmiqyaslı yaşıllaşdırma işlərinə, ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədlərini daşıyır.

Qeyd edək ki, bu “AzerGold” QSC tərəfindən aprel ayı ərzində keçirilən artıq ikinci ağacəkmə aksiyasıdır. Bundan əvvəl, aprelin 17-də keçirilən aksiyada Çovdar yatağı ərazisində 200-dək qarışıq ağac tingləri əkilib.
Ətraf mühitin mühafizəsi “AzerGold” QSC tərəfindən həyata keçirilən korporativ sosial məsuliyyət siyasətinin dörd əsas komponentindən birini təşkil edir. Bu komponent üzrə həyata keçirilən ağacəkmə aksiyalarında bu günədək 17 hektar ərazidə 8 mindən çox ağac və kol əkilib.

Ekologiya 2019-04-25 16:34:00