×
A
A
A
Sazlamalar

Azərbaycan Memarlar İttifaqının idarə heyətinin Plenumu keçiriləcək

Bakı, 25 aprel, AZƏRTAC 

Mayın 7-də Bakı Şəhər İcra Hakimiyyətinin binasında Azərbaycan Memarlar İttifaqının idarə heyətinin Plenumu keçiriləcək.
Memarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, Plenum “Bakının şəhərsalma inkişafı” mövzusuna həsr ediləcək.
Tədbirdə Mədəniyyət Nazirliyinin, Bakı şəhər İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “İçərişəhər” Dövlət Tarix–Memarlıq Qoruğu İdarəsinin və digər qurumların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Tikinti̇ 2019-04-25 16:06:00