×
A
A
A
Sazlamalar

Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə

Əlahəzrət,

Atanız – görkəmli dövlət xadimi, Böyük Hersoq Janın vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, ailənizə və bütün Lüksemburq xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 aprel 2019-cu il.

Məktublar 2019-04-25 09:47:00