×
A
A
A
Sazlamalar

“Renault” Bakı yürüşləri üçün yeni ön və arxa antiqanadlar hazırlayacaq

Bakı, 23 aprel, AZƏRTAC

“Renault” komandasının şassi üzrə texniki direktoru Nik Çester R.S.19 bolidinin Bakıda və Formula 1-in qarşıdakı digər yürüşlərində göstərəcəyi tempdən bəhs edib.
AZƏRTAC xəbər verir ki, Çester deyib: “Pilotlar Niko və Daniel yüksək səviyyəli yürüşçülərdir, maşın isə pelotonun orta qrupunda irəlidə getmək üçün hazırda kifayət qədər tempə malikdir. Biz bunu qarşıdakı bir neçə yürüşdə də nümayiş etdirmək istəyirik. Daniel Şanxayda bizim maşında etdiyimiz balans və dəyişikliklərdən razı qalıb. Onlar əyləcdən istifadə və asma hissənin işləməsi zamanı ona kömək edib. Biz Çində irəliyə doğru addım atmışıq, lakin irəlidə görüləsi çox işimiz var.
R.S.19 bolidinin Bakıda əsas dəyişiklikləri yeni ön və arxa antiqanadların olduğu orta sıxma gücü səviyyəsi ilə aerodinamik paket, həmçinin yan pontonların zonasında kiçik yenilənmədir”.

İdman 2019-04-23 19:05:00