İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:
Babanlı Yusif Məmməd oğlu – namizədliyi idman federasiyaları tərəfindən irəli sürülmüşdür;
Musayev Salman Musa oğlu – namizədliyi dini konfessiyalar tərəfindən irəli sürülmüşdür;
Qafarova Zemfira Həsən qızı – namizədliyi yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüşdür.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.Əsədov
Bakı şəhəri, 23 aprel 2019-cu il.