×
A
A
A
Sazlamalar

Topaz Premyer Liqası: Abdulla Zubir XXV turun ən yaxşı futbolçusu seçilib

Bakı, 23 aprel, AZƏRTAC

Topaz Premyer Liqasının XXV turunun ən yaxşı futbolçusu məlum olub.
AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat” şirkətinin təhlilinə əsasən, “Qarabağ”ın oyunçusu Abdulla Zubir turun ən yaxşı futbolçusu seçilib.
Ağdamlıların fransız legioneri “Keşlə”yə qarşı görüşdə 75 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb. Araşdırmalara əsasən, Abdullah Zubir turun ən yaxşı indeksə malik futbolçusudur.

İdman 2019-04-23 14:41:00