×
A
A
A
Sazlamalar

İribuynuzlu mal-qaranın 48,1 faizini inək və camışlar təşkil edir

Bakı, 23 aprel, AZƏRTAC 

Cari il aprelin 1-i vəziyyətinə ölkə üzrə 2 milyon 672,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 284,8 min baş inək və camış, 8 milyon 563,7 min baş qoyun və keçi və 5 min 890 baş donuz mövcud olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, iribuynuzlu mal-qaranın 48,1 faizini inək və camışlar təşkil edir.
Bu dövr ərzində quşçuluq fabriklərində diri çəkidə 18,4 min ton (keçən il 20,5 min ton) quş əti və 176,5 milyon ədəd (keçən il 181,7 milyon ədəd) yumurta istehsal olunub.
Ümumilikdə, fabriklər üzrə cəmi quşların sayı 12 milyon 86 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 50 ədəd yumurta alınıb.

Regionlar 2019-04-23 14:17:00