×
A
A
A
Sazlamalar

İslamşünaslıq ixtisasını seçən abituriyentlər Dini-Psixoloji Komissiyadan keçəcəklər

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) islamşünaslıq ixtisası üzrə qəbul olmaq istəyən abituriyentlərin III ixtisas qrupu imtahanı ilə yanaşı, Dini-Psixoloji Komissiyanın (DPK) təşkil etdiyi qabiliyyət imtahanından keçmələri də nəzərdə tutulur.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, abituriyentlər III ixtisas qrupu üzrə imtahan verib, islamşünaslıq ixtisasına uyğun bal topladıqdan sonra müsahibə mərhələsi üçün iyulun 20-dən 24-dək Dövlət İmtahan Mərkəzinin saytında qeydiyyatdan keçməlidirlər.
Xatırladaq ki, Aİİ-nin islamşünaslıq ixtisasının qabiliyyət imtahanına buraxılış balı 150 (yüz əlli) olaraq müəyyənləşdirilib.

Elm və təhsil 2019-04-23 14:20:00