×
A
A
A
Sazlamalar

Uqandada sel və daşqınlar nəticəsində ən azı 20 nəfər ölüb

Bakı, 23 aprel, AZƏRTAC
Uqandanın şərqindəki Buyende rayonunda şiddətli yağışların əmələ gətirdiyi sel və daşqınlar nəticəsində ən azı 20 nəfərin öldüyü bildirilir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Buyende rayonunun bələdiyyə sədri Uilyam Kiiza bölgədə 200-dən çox evin dağıldığını, onlarla insanın itkin düşdüyünü bildirib. Onun sözlərinə görə, şiddətli yağışlar uzun sürən quraqlıqdan sonra başlayıb və bir neçə saat davam edib.
Təbii fəlakət nəticəsində yaralanan 200-dən çox sakin isə yerli xəstəxanalara çatdırılıb. Rayon rəhbərliyi seldən zərər çəkmiş insanlara sığınacaq verilməsi və ərzaq yardımı göstərilməsi üçün hökumətə müraciət edib. Afrikanın yoxsul ölkələrindən sayılan Uqanda hökumətinin humanitar yardım üçün məhdud imkanları olduğu bildirilir.

Dünya 2019-04-23 14:22:00