×
A
A
A
Sazlamalar

Lüksemburqun Böyük Hersoqu Jan vəfat edib

Lüksemburq, 23 aprel, AZƏRTAC
Lüksemburqun sabiq dövlət rəhbəri Böyük Hersoq Jan 98 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Lüksemburqun Baş naziri məlumat verib. Bildirilib ki, Jan aprelin 14-də ciyər xəstəliyinə görə xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Böyük Hersoq Jan 2000–ci ildə tacını oğluna təhvil vermişdi. O, sonuncu dəfə 2019-cu ilin mart ayında Lüksemburq skuterlərinin 100 illiyi münasibətilə keçirilən mərasimdə iştirak etmişdi.

 

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq

Dünya 2019-04-23 13:01:00